Fev 08, 2018 16:38 Asia/Baku
  • Suriya BMT-yə müraciət edib

Suriya Xarici İşlər Nazirliyi Birləşmiş Millətlər Təşkilatının baş katibinə və Təhlükəsizlik Şurasının sədrinə ayrı-ayrılıqda ünvanladığı məktublarda sionist rejimin Dəməşqin ətraf ərazilərinə qarşı hava hücumlarına etiraz edib.

Sionist rejim dünən səhər çağı paytaxt Dəməşqin şimal qərbində yerləşən Cəmriya bölgəsində Suriyanın elmi tədqiqat mərkəzini raketlə hədəfə alıb.

Mehr xəbər agentliyinin verdiyi məlumata görə, Suriya XİN-i bu iki məktubda bildirib ki, sionist rejimin təcavüzləri, bu rejimin silahlı terrorçulara dəstək siyasəti və təhlükəli düşmənçilik hərəkətləri istiqamətində baş tutaraq, Suriya böhranının uzaldılması, terrorçuların dağıdılmış əhval-ruhiyyəsini qaldırmaq məqsədi güdür.

Məktublarda deyilir ki, sionist rejimin terrorçularla daima ahəngdar hərəkətini nəzərə alaraq artıq bu qeyri-qanuni rejimin beynəlxalq sülh və stabilliyə qarşı təhdid olduğu, İŞİD və Cəbhətünnüsrədən daha təhlükəli olduğu faktına şübhə qalmır.

Suriya XİN-i sionist rejimə bu kimi təcavüzkar hərəkətlərinin nəticələri barədə xəbərdarlıq edərək Təhlükəsizlik Şurasından bu təcavüzləri pisləməsi və bu rejimin cəzalandırılması üçün təcili tədbirlər görməsi istənilir. 

 

Teqlər