Fev 23, 2018 10:34 Asia/Baku
  • Bir qrup səud muzduru ölüb və yaralanıb
    Bir qrup səud muzduru ölüb və yaralanıb

Yəmənin ordu və xalq komitələri qüvvələri dünən səud muzdurlarının Ərəbistan-Yəmən sərhədindəki əməliyyatını dəf edərək, onlardan azı əlli nəfəri öldürüb və ya yaralayıblar.

Səud muzdurlarının Ərəbistan qırıcılarının himayəsi altında "Əlib" yüksəklikləri və Nəcrandakı "Xəzra keçidi" səmtindən Yəmənə qarşı əməliyyatı sonda muzdurlardan əlli nəfərin ölməsi və yaralanması, eləcə də onların bir neçə zirehli avtomobillərinin məhv edilməsilə başa çatıbdır.

Belə bir halda, Yəmən ordusunun artilleriyası da səud hərbçilərinin Ərəbistanın Cizan şəhərindəki "İbadiyyə" bazasında yerləşən mövqelərini məhv edibdir.

Ərəbistan ABŞ-ın himayəsilə 2015-ci ilin martında Yəmənə basqın edərək, bu ölkəni hava, quru və dənizdən mühasirəyə aldı.

Ərəbistan ilə müttəfiqlərinin Yəməndəki militarizmi indiyədək on minlərlə nəfərin ölməsi və yaralanması, milyonlarla yəmənlinin də didərgin düşməsi ilə nəticələnibdir.

Yəmən həmçinin bu təcavüz nəticəsində kəskin ərzaq və dərman çatışmazlığı, müxtəlif xəstəliklərin yayılması ilə üzləşibdir.

Səud rejimi və ABŞ indiyədək Yəmən xalqının müqavimətinə görə, bu ölkədəki hədəflərinə çata bilməyiblər.

Teqlər