Fev 24, 2018 19:01 Asia/Baku
  • Yəmənli qüvvələr Nehm və Maribdə yaraqlıların qərargahlarını ələ keçiriblər
    Yəmənli qüvvələr Nehm və Maribdə yaraqlıların qərargahlarını ələ keçiriblər

Yəmən ordusu və Ənsarullah qüvvələri son günlər ərzində istefa vermiş hökumətin silahlı ünsürlərindən ibarət onlarla yaraqlının hərbi qərargahlarını Nehm və Maribdə ələ keçiriblər.

Fars informasiya agentliyinin verdiyi məlumata görə, Yəmən ordusunun tabeliyində olan bir hərbi mənbə bildirib ki, Yəmən ordusu və Ənsarullah qüvvələri iki gecə öncə başladıqları əməliyyatda Nehm cəbhəsində iki əsas hərbi qərargahı ələ keçiriblər. 

Həmin mənbə bildirib ki, Səudiyyə koalissiyasının havadan və artileriya vasitəsi ilə dəstəyinə rəğmən istefada olan hökumətin yaraqlıları məğlubiyyətə uğrayıblar. 

Teqlər