Yəməndə yoluxucu xəstəliklər dəhşətli şəkildə yayılır
-
Yəməndə yoluxucu xəstəliklər dəhşətli şəkildə yayılır
Səudiyyə Ərəbistanının Yəmənə təcavüzü və bu ölkəni mühasirəsinin davam etməsi vəba və difteriya kimi yoluxucu xəstəliklərin daha da acınacaqlı hal almasına gətirib çıxarıb.
Əl-Aləm televiziyasının məlumatına görə, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın Yəməndəki cinayətlərinin araşdırılması üzrə hüquq komitəsinin üzvlərindən Abdulla Əlav Yəməndə yoluxucu xəstəliklərin genş şəkildə yayılmasına toxunaraq deyib: Yəmənin su və kanalizasiya sistemi və su şəbəkələrinin vurulması ilə nəticələnən bu hücumlar 50-dən çox tibbi mərkəzin fəaliyyətini dayandırmasından əlavə müxtəlif yoluxucu xəstəliklərin yayılması və acınacaqlı durumun yaranmasına səbəb olub.
Yəmənin Səhiyyə Nazirliyinin sözçüsü Əbdülhəkim əl-Kəhlani də yay fəslində yoluxucu xəstəliklərin təhlükəli nəticələri haqda xəbərdarlıq edərək bu mövsümdə yoluxucu xəstəliklərin daha çox yayılması haqda nigaranlıq edib.
Ümumdünya Səhiyyə Təşkilatının 2015-ci il mart ayından Ərəbistanın Yəmənə hücumu başlandığı vaxtdan elan etdiyi statistikalara əsasən, 1 milyondan çox yəmənli vəba xəstəliyinə yoluxub, 66 nəfər difteriya xəstəliyi nəticəsində dünyasını dəyişib və 471 nəfər də difteriyaya yoluxub.