Suriya ordusu Həcərül-Əsvəddə irəliləyir
May 03, 2018 21:22 Asia/Baku
Suriya ordusu Dəməşq vilayətinin ətrafında yerləşən Həcərül-Əsvəddə İŞİD-in işğalı altında olan ərazilərdə irəliləyərək bu bölgəni şimal və cənub hissəyə ayırıb və terrorçuların yardım yollarını kəsib.
SANA-nın məlumatına görə, Suriya ordusu silahlı terrorçu qrupların mövqelərinə qarşı öz irəliləyişlərini davam etdirir. Bu qrupların müdafiə xətlərinə nüfuz edib. Terrorçular bu əməliyyatda ağır tələfat veriblər.