Əl-İbadi İŞİD-in Suriyadakı mövqelərinə hücum əmri verib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i306038-Əl_İbadi_İŞİd_in_suriyadakı_mövqelərinə_hücum_əmri_verib
Suriya və İraqın terrorizm ilə mübarizədə yüksək səviyyədə koordinasiyasından sonra İraq baş naziri Heydər Əl-İbadi Suriya ərazisindəki İŞİD terrorçularının mövqelərinə qarşı hücum əmri verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 06, 2018 08:36 Asia/Baku
  • Əl-İbadi İŞİD-in Suriyadakı mövqelərinə hücum əmri verib
    Əl-İbadi İŞİD-in Suriyadakı mövqelərinə hücum əmri verib

Suriya və İraqın terrorizm ilə mübarizədə yüksək səviyyədə koordinasiyasından sonra İraq baş naziri Heydər Əl-İbadi Suriya ərazisindəki İŞİD terrorçularının mövqelərinə qarşı hücum əmri verib.

Əl-İraqiyyə telekanalının verdiyi məlumata görə, İraq baş nazir ofisi bildirib ki, bu ölkənin hava qüvvələri Heydər Əl-İbadinin əmri əsasında Suriyanın şimal şərqində Əddəşişə bölgəsinin cənubunda İŞİD terrorçularının mövqelərini bombalayıb. 

İraqın müştərək əməliyyat baş qərargahının sözçüsü Yəhya Əzzübeydi də deyib: İraq qüvvələri Suriya dövləti ilə koordinasiyada olaraq Suriya torpaqlarındakı İŞİD terrorçularını təqib edəcək. 

Ötən apreldə də müştərək əməliyyat qərargahı heydər Əl-İbadinin əmri ilə İŞİD terrorçularının Suriyadakı mövqelərini məhv etmişdilər. 

İraq ilə Suriyanın həmsərhəd bölgələrinin strateji əhəmiyyətini nəzərə alaraq İŞİD terrorçuları hələ də bu bölgələrə qayıtmağa cəhd göstərirlər.