Qüds Günü; Traybalizm və məzhəb ixtilaflarını kənara qoymaq günü
Fələstin İslam Cihadı Hərəkatının yüksək səviyyəli üzvü Xizr Həbib deyib: Ümumdünya Qüds Günü vahid məqsədə çatmaq üçün traybalizm, məzhəb ixtilaflarından uzaqlaşmaq və islam ümməti arasında vəhdətin genişlənməsi günüdür.
Fələstin İslam Cihadı Hərəkatının yüksək səviyyəli üzvü cümə günü İRNA ilə müsahibədə İran İslam İnqilabının qələbəsinin əvvəlində İmam Xomeyninin (rə) Ümumdünya Qüds Gününün əsasının qoyulmasına toxunaraq deyib: Bu önəmli gün islam ümməti arasında vəhdətin yaranması, təfriqənin aradan qaldırılması, mənfəətcillərin sui-istifadə etməsinin qarşısının alınması üçün səylərin artırılması və gücləndirilməsi üçündür.
Həbib bütün dünyada islam ümmətinin yaxınlaşması üçün ülfət və sevgi səsini fəryad etməyi zəruri adlandırıb və deyib: Əl-Əqsa məscidinin hər yerdə viranəliyə yola açan qəsbkar sionistlərdən təmizlənməsi üçün ürəklərin birliyi ümmətin qarşısında duran yeganə seçimdir.