İyun 23, 2018 11:21 Asia/Baku
  • Yəmənlilərin hücumunda onlarla səud hərbçisi öldürülüb
    Yəmənlilərin hücumunda onlarla səud hərbçisi öldürülüb

Yəmənin ordu və xalq komitələri qüvvələri Ali-Səudun Yəmən xalqına qarşı cinayətlərinə cavab olaraq, səud qüvvələrinin Ərəbistanın cənubunda yerləşən mövqelərinə qarşı hücum keçirib və onlardan onlarla nəfəri öldürüb və ya yaralayıblar.

Yəmənli qüvvələr bu gün səhər tezdən səudların Ərəbistanın cənubunda yerləşən Nəcran məntəqəsindəki hərbi bazalarından birinə hücum ediblər. Nəticədə onlarla səud hərbçisinin öldürülməsi və yaralanmasından əlavə, onların silahları da yəmənli qüvvələrin əlinə keçibdir.

Belə bir halda, Yəmən ordusunun raket bölməsi də səud hərbçilərinin Ərəbistanın Əsir vilayətində yerləşən Məcazə məntəqəsindəki mövqelərini hədəfə alıbdır.

Həmçinin Yəmən ordusunun artilleriya bölməsi səud əsgərlərinin Ərəbistanın Cizan şəhərinin Fərizə məntəqəsində yerləşən mövqelərini hədəfə alıblar.

Ərəbistan ilə müttəfiqlərinin Yəməndəki militarizmi indiyədək on dörd mindən çox yəmənlinin dünyasını dəyişməsi, on minlərlə nəfərin yaralanması və milyonlarla yəmənlinin də didərgin düşməsilə nəticələnibdir.

Teqlər