Sionist rejim işğal olunmuş Qüdsdə sionistlər üçün yüzlərlə yaşayış massivi tikmək niyyətindədir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i314702-sionist_rejim_işğal_olunmuş_qüdsdə_sionistlər_üçün_yüzlərlə_yaşayış_massivi_tikmək_niyyətindədir
Sionist rejimin mənzil nazirliyi işğal olunmuş Qüdsdə sionistlər üçün 459 yaşayış məntəqəsinin inşası layihəsini təqdim edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 23, 2018 17:18 Asia/Baku
  • Sionist rejim işğal olunmuş Qüdsdə sionistlər üçün yüzlərlə yaşayış massivi tikmək niyyətindədir
    Sionist rejim işğal olunmuş Qüdsdə sionistlər üçün yüzlərlə yaşayış massivi tikmək niyyətindədir

Sionist rejimin mənzil nazirliyi işğal olunmuş Qüdsdə sionistlər üçün 459 yaşayış məntəqəsinin inşası layihəsini təqdim edib.

Sionist rejimin mənzil nazirliyinin proqramına əsasən, bu 459 yaşayış məntəqəsi işğal olunmuş Qüdsdə yerləşən "Maali Adumim" qəsəbəsindəki beş müxtəlif hissədə inşa olunacaq.

Bir sionist həftəlik qəzet yazıb ki, işğal olunmuş Fələstin ərazilərində tikinti işlərinin qeyri-adi olmasına görə, sionist rejimin baş naziri Benyamin Netanyahu dünən şəxsən "Maali Adumim"in meri ilə telefon əlaqəsi saxlayaraq, bu qəsəbədə 459 yeni yaşayış massivinin inşası ilə razı olduğunu bildirib.