Yəmən ordusunun sözçüsü: Əl-Hüdəydə hava limanı tamamilə təhlükəsizdir
-
Yəmən ordusunun sözçüsü: Əl-Hüdəydə hava limanı tamamilə təhlükəsizdir
Yəmən ordusu və xalq komitələri qüvvələrinin sözçüsü ölkənin qərbində yerləşən Əl-Hüdəydə şəhərinin hava limanında təhlükəsizliyin tam şəkildə təmin edildiyini və hava limanına nəzarətin Yəmən ordusunun əlində olduğunu bildirib.
Yəmən ordusunun sözçüsü Şərəf Loğman şənbə günü Əl-Məyadin informasiya kanalına verdiyi müsahibədə Əl-Hüdəydə hava limanına nəzarətin ordu qüvvələrinin əlində olduğunu deyərək, Ərəbistanın başçılıq etdiyi təcavüzkar koalisiyanın hücumlarından sonra hava limanında təhlükəsizliyin tam şəkildə təmin edildiyini bildirib və əlavə edib: Təcavüzkar qüvvələrin Yəmən ordusu və xalq komitələri qüvvələri tərəfindən mühasirəyə alınması Əl-Hüdəydə uğrunda gedən savaşın taleyini və təcavüzkar qüvvələrin müqavimət qüvvələri qarşısında təslim olmasını qaçılmaz edib.
Ərəbistanın başçılıq etdiyi təcavüzkar koalisiya ötən həftələr ərzində "Qızıl Qələbə" adlı əməliyyat çərçivəsində Yəmənin Əl-Hüdəydə dəniz və hava limanlarını işğal etmək üçün geniş hərbi əməliyyatlara başlayıb. Bu yolla Yəmənin inqilabçı və müqavimət qüvvələrinin şah damarını kəsmək və Ənsarullah hərəkatını təslim olmağa məcbur etmək istəyirdi.
Təcavüzkar koalisiyanın Əl-Hüdəydə hava limanını işğal etməsinə dair iddialarına baxmayaraq, Yəmən ordusu və xalq komitələri qüvvələri hələ də hava limanını müdafiə edir və onu öz nəzarətlərində saxlayırlar.