Səudiyyə hərbi təyyarələri Yəməndə avtobusu hədəfə alıb
İyun 26, 2018 21:47 Asia/Baku
-
Səudiyyə hərbi təyyarələri Yəməndə avtobusu hədəfə alıb
Səudiyyə qırıcı təyyarələri Yəmən xalqına qarşı cinayətlərinin davamında Yəmənin qərbində Hədidə vilayətində 20 nəfəri öldürüb yaxud yaralayıblar.
Əl-Məsirə telekanalının bu gün verdiyi məlumata görə, bu hücumda Səudiyyə qırıcıları yəmənli didərginləri daşıyan bir ədəd avtobusu dağıdıblar.
Bu hücumda 9 mülki həlak olub, 11 nəfər də yaralanıb. Təcavüzkarların Hədidə vilayətinə hücumu nəticəsində indiyədək 5 min ailə öz ev-eşiyindən didərgin düşüb.