İyun 27, 2018 09:23 Asia/Baku
  • Yəmən Ənsarullahı: Yəmən xalqı dünyanın ən təhlükəli koalisiyasına qarşı mübarizə aparır
    Yəmən Ənsarullahı: Yəmən xalqı dünyanın ən təhlükəli koalisiyasına qarşı mübarizə aparır

Yəmənin Ənsarullah hərəkatının sözçüsü Ərəbistanın başçılıq etdiyi təcavüzkar ərəb koalisiyasının adının BMT-nin qara siyahısına daxil edilməsinə münasibət bildirib və deyib: Yəmən xalqı dünyanın ən təhlükəli koalisiyasına qarşı mübarizə aparır.

Əl-Məsirə informasiya kanalının verdiyi məlumata görə, Məhəmməd Əbdüssəlam çərşənbə axşamı deyib: Yəmən xalqının dünyanın ən cinayətkar ölkələrinin üzv olduğu ən təhlükəli koalisiyaya qarşı mübarizədə qətiyyətli olması bütün region üçün strateji təsirə malik olacaq. Region və bütün dünya Yəmən xalqını, onları səudiyyə-sionist-amerikan koalisiyasının şərrindən xilas etdiyi üçün, alqışlayır."

BMT bir hesabat yayaraq, Ərəbistanın başçılıq etdiyi təcavüzkar ərəb koalisiyasının yəmənli uşaqların hüquqlarını aşkar və kobud şəkildə pozduğunu bildirib. BMT-nin hesabatında Ərəbistanın başçılıq etdiyi koalisiyanın hücumları nəticəsində 1300 yəmənli uşağın ölməsi və yaralanmasına işarə olunub.

Bu hesabata əsasən Ərəbistanın başçılıq etdiyi ərəb koalisiyası Yəmən müharibəsində 368 uşağın ölümündə birbaşa rola malikdir və bu uşaqlar hava bombardmanları zamanı həlak olublar. 

Ərəbistan ABŞ-ın dəstəyi və himayəsi ilə 2015-ci ilin martından başlayaraq Yəmənə qarşı bir neçə ərəb ölkəsi ilə birlikdə hərtərəfli hücumlara başlayıb. Ərəbistan öz hücumlarını Yəmənin istefada olan fərari prezidentini yenidən hakimiyyətə qaytarmaq istəyi ilə əsaslandırmağa çalışır. Ərəbistanın Yəmənə olan hücumları indiyə kimi 14 mindən çox yəmənlinin ölməsinə, ölkənin bütün infrastrukturlarının məhv edilməsinə səbəb olub.  

Teqlər