İyul 06, 2018 12:25 Asia/Baku
  • Suriya ordusu Dəra istiqamətində irəliləyişini davam etdirir
    Suriya ordusu Dəra istiqamətində irəliləyişini davam etdirir

Suriyanın Dəra vilayətində dövlət qüvvələri ilə Azad Suriya Ordusu adlı silahlı qiyamçılar arasında çıxan döyüşdə silahlı qiyamçıların iki komandanı öldürülüb.

İnformasiya qaynaqlarının verdikləri məlumata görə, Azad Suriya ordusunun komandanlarından Əbu Fəras Şərarə ləqəbli Məhəmməd Əl-Məhamid və Məhəmməd Qasim Əl-Ksur Əl-Həriri  həlak olublar. 

Suriya ordusunun ölkənin cənubunda yerləşən Dəra vilayətindəki irəliləyişləri ilkin proqnozların əksinə olaraq çox sürətlə davam edir. 

Suriya ordusu iki həftə öncə üç istiqamətdən Dəra vilayətinin şərqində terrorçulara qarşı hücuma başlayıb. Şərqi və Qərbi Qutənin azad edilməsindən sonra, hazırda bütün diqqət Dəra vilayətinin terrorçulardan azad edilməsinə yönəlib. Dəra vilayəti İordaniya və işğal altında olan Cövlan yüksəklikləri ilə sərhəd məntəqədə yerləşir və strateji əhəmiyyətə malikdir. 

Suriya ordusu bu ölkənin İordaniya ilə sərhədlərinə nəzarəti təmin etməklə terrorçuların tədarükat və əlaqə yolunu bağlamaq istəyir. Bu savaş həmçinin, İsrail rejiminin Suriyanın cənubunda bufer zonası yaratmaq üzrə səylərini zərərsizləşdirib və İordaniya ilə Suriya rasındakı sərhəd keçid məntəqələrinin yenidən açılmasına imkan verəcək. 

Teqlər