İsrail qırıcılarının Qəzzəyə olan hücumunda 4 fələstinli yaralanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i319275-İsrail_qırıcılarının_qəzzəyə_olan_hücumunda_4_fələstinli_yaralanıb
İsrail qırıcılarının bu gün Qəzzənin şimalında yerləşən Beyt Lahiya məntəqəsinə olan hücumlarında 4 fələstinli yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 05, 2018 14:24 Asia/Baku
  • İsrail qırıcılarının Qəzzəyə olan hücumunda 4 fələstinli yaralanıb
    İsrail qırıcılarının Qəzzəyə olan hücumunda 4 fələstinli yaralanıb

İsrail qırıcılarının bu gün Qəzzənin şimalında yerləşən Beyt Lahiya məntəqəsinə olan hücumlarında 4 fələstinli yaralanıb.

Fələstin informasiya mərkəzinin verdiyi məlumata görə, İsrail ordusunun sözçüsü Oyxay Edri İsrail qırıcılarının Beyt Lahiyada hədəfə aldıqları avtomobilin sionist sakinli qəsəbələrə tərəf yandırıcı şarlar və çərpələnglər göndərən dəstəyə aid olduğunu iddia edib.

Digər tərəfdən bir sionist qəsəbə sakini şənbə günü axşam Ramallahın şərqində, Eyn Samiyə məntəqəsində idarə etdiyi avtomobil ilə yaşlı bir fələstinlini əzərək, öldürüb.

Bu yaşlı fələstinlinin övladı da iki gün öncə İsrail hərbçiləri tərəfindən Kəfər Malik kəndiində həbs olunmuşdu.