Suriyada terror qruplarının koordinatoru ölüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i319897-suriyada_terror_qruplarının_koordinatoru_ölüb
Suriyada silahlı qrupların koordinatoru və Təhrirüş-Şam qruplaşmasının başçısı Məhəmməd əl-Covlaniyə yaxın şəxslərdən olan Rami əl-Dalati infarkt nəticəsində ölüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 14, 2018 06:55 Asia/Baku
  • Suriyada terror qruplarının koordinatoru ölüb
    Suriyada terror qruplarının koordinatoru ölüb

Suriyada silahlı qrupların koordinatoru və Təhrirüş-Şam qruplaşmasının başçısı Məhəmməd əl-Covlaniyə yaxın şəxslərdən olan Rami əl-Dalati infarkt nəticəsində ölüb.

Əl-Məyadin televiziyasının məlumatlı dairələrə istinadla verdiyi məlumata görə, Rami əl-Dalati ABŞ-ın kəşfiyyat xidmətləri ilə əlaqədə idi. 

Suriyadan əldə olunan məlumata görə, Rusiyanın Müdafiə Nazirliyinə bağlı Suriyada Hmeymim mərkəzi terror qruplarının Laziqiyyə, Həma və Hələb vilayətlərinə hücumları nəticəsində 3 suriyalının həlak olduğu, 8 nəfərin isə yaralandığını bildirib. 

Bu mərkəz həmçinin bildirib: Silahlı qrupların Hmeymim bazasına doğru göndərdiyi beş Pilotsuz Uçan Aparat vurulub. 

Suriyanın Hələb vilayətinin şimalında Cerablos şəhərində bomba quraşdırılmış motosikletin partlaması nəticəsində bir qadın həlak olub, üç uşaq yaralanıb.