Sen 12, 2018 15:37 Asia/Baku
  • Livan Hizbullahı reaksiya verdi
    Livan Hizbullahı reaksiya verdi

Amerikanın fələstinlilərə qarşı sərt tədbirləri əsnasında Livan Hizbullahı bildirib ki, Vaşinqton bütün çirkin metodlardan istifadə edərək Fələsitn xalqına qarşı düşmənçiliyini davam etdirir.

İSNA-nın verdiyi məlumata görə, Livan Hizbullahı bildirib: ABŞ dövləti zalım metodlardan o sıradan fələstinli didərginlərə yardım təşkilatlarına maliyyə yardımlarını dayandırmaq, Qüds xəstəxanalarına maliyyə yardımı kəsmək və fələstinliləri çətin durumda qoymaqla onları öz hüquqlarından geri oturmağa yönəltməklə Fələstin xalqına qarşı düşmənçiliyini davam etdirir. 

Livan Hizbullahı bildirib: Fələstinli didərginlərə yardımların dayandırılması göstərdi ki, humanitar yardımlar adı altında Amerikanın öncəki yardımları yalan imiş və məqsədi sadəcə xalqların qərarlarına hegemoniyanın mənafeyinin təmini istiqamətində təsir buraxmaq olmuşdur. 

Livan Hizbullahı bildirib: Amerika hökumətinin hərəkətləri göstərdi ki, Vaşinqton dünyada İsraildən başqa heç bir dosta və müttəfiqə malik deyil. 

ABŞ dövləti sentyabrın 8-də Qüdsdəki Fələstin xəstəxanalarına 25 milyon dollarlıq maliyyə yardımını dayandırdığını bildirdi. 

 

Teqlər