Vəlid Muəllim: Suriyanın əsas qanunu haqda önşərt qəbul etdirmək olmaz
Suriyanın xarici işlər naziri deyib: Suriyanın əsas qanununun hazırlanması haqda önşərt qəbul etdirmək olmaz.
Suriyanın xarici işlər naziri Vəlid Muəllim BMT Baş Assambleyasının 73-cü sessiyasında əlavə edib ki, əsas qanun və hər hansı digər məsələ barədə son sözü Suriya xalqı deyəcək.
Suriyanın xarici işlər naziri sonra deyib: Terrorizmlə döyüş başa çatmaq üzrədir və Suriya dövlətinin iradəsi bu ölkənin bütün torpaqlarının terrorizmdən təmizlənməsinədək döyüşün davam etdirilməsinə köklənib.
Vəlid Muəllim həmçinin deyib: Amerikanın komandanlığı altında qanunsuz koalisiya Suriyada terrorizmdən savayı, hər bir şeyi məhv etdi və onun məqsədi, terror qruplarının dağıntı, qırğın və hərc-mərclik törətmək üzrə məqsədilə eynidir.
Suriyanın xarici işlər naziri vurğulayıb: Amerikan koalisiya Suriyanın Riqqə şəhərini viran və mülkiləri qətli-am etdi, infrastrukturları dağıtdı və terrorçulara dəstək verərək, onları hərbi cəhətdən təmin etdi.
Vəlid Muəllim suriyalı didərginlərin geri dönmələrini bu ölkə dövlətinin prioriteti elan edərək, bildirib: Bütün qapılar Suriyadan kənarda olan bütün suriyalıların ölkəyə könüllü qayıdışları üçün açıqdır.