Fev 20, 2019 11:06 Asia/Baku
  • Suriyada yerləşən ABŞ hərbçiləri İraq vasitəsilə həmin ölkədən çıxacaqlar
    Suriyada yerləşən ABŞ hərbçiləri İraq vasitəsilə həmin ölkədən çıxacaqlar

İraq baş nazirinin müşaviri Suriyada yerləşən ABŞ hərbçilərinin bu ilin aprel ayının əvvəllərində İraq ərazisi vasitəsilə həmin ölkədən çıxacaqlarından xəbər verib.

İraq baş nazirinin müşaviri Əbdulkərim Mustafa dünən Rusiyanın Sputnik xəbər agentliyi ilə müsahibədə amerikalı hərbçilərin Suriyadan çıxmaları barədə Bağdad ilə Vaşinqton arasındakı razılaşmaya toxunaraq, deyib: Amerikalı hərbçilər Suriyanın Diyrəzzur vilayətinin şərq ətrafında, Fərat çayının şərqindəki əməliyyatlarının başa çatmasından sonra İraq ərazisi vasitəsilə həmin ölkədən çıxacaqlar.

ABŞ prezidenti Donald Tramp ötən il dekabrın 19-da öncədən elan olunmamış bir hərəkətdə Suriyada İŞİD-in işinin bitməsinə görə, amerikalı hərbçilərin bu ölkədən çıxmaları vacibliyindən xəbər verdi.

Amerikanın bu qərarının bildirildiyi zamandan bəri bu ölkənin bir qrup qüvvəsi İraqın şimalında yerləşdi ki, bu da iraqlıların etirazları və reaksiyaları ilə üzləşdi.

İraqdakı siyasi partiyalar və bloklar qondarma İŞİD xilafətinin başa çatmasından sonra öz əraizlərində amerikan hərbçilərin iştirakını qanunsuz bilir və bu ölkə parlamentində bu barədə bir qanunun qəbul edilməsinə çalışırlar.

 

 

Teqlər