Mart 06, 2019 07:53 Asia/Baku
  • İraqda İŞİD-in işğalından azad edilmiş məntəqələrə dörd milyon didərgin qayıdıb
    İraqda İŞİD-in işğalından azad edilmiş məntəqələrə dörd milyon didərgin qayıdıb

İraqın mühacirət nazirliyi bildirib ki, bu ölkənin İŞİD terror qrupu üzərindəki qələbəsindən sonra bir il bundan öncədən bəri dörd milyon didərgin öz yurd-yuvasına qayıdıb.

Beynəlxalq Mühacirət Təşkilatından bir heyətin Bağdada daxil olması ilə bir zamanda İraqın mühacirət nazirliyinin sözçüsü Səttar Novruz dünən əlavə edib ki, təqribən 465 min didərgin də hazırda didərgin düşərgələrində yaşayır.

Beynəlxalq Mühacirət Təşkilatı 2018-ci ildə İŞİD-in İraqa qarşı hücumundan irəli gələn bütün didərginlərin sayını beş milyon 800 min nəfər elan etmişdi.

Digər tərəfdən, İraq daxili işlər nazirinin müavini Əqil əl-Xəzəli İraqın aviasiya qüvvələrinin informasiya mübadiləsi üzrə İran-Rusiya-İraq-Suriya dördtərəfli müştərək mərkəzlə əməkdaşlığı və koordinasiyasını müsbət dəyərləndirərək, deyib ki, Bağdad öz müttəfiqlərinin həmkarlığı ilə Suriyada indiyədək 1200 dəfədən çox İŞİD terrorçularını hədəfə alıbdır.

 

Teqlər