Mart 11, 2019 15:24 Asia/Baku

Qəzzə zolağında "Qayıdış Haqqı" yürüşündə İsrail hərbçilərinin atəş açması nəticəsində yaralanan fələstinli gənc bu gün həyatını itirdi.

Fələstin İnformasiya Mərkəzinin bildirdiyinə görə, Fələstinin Səhiyyə Nazirliyi 22 fevral yürüşündə israil hərbçilərinin atəş açması nəticəsində yaralanan Bəssam Sami Osman Safi adlı fələstinli gənc bu gün səhər şəhid olub.

Fələstinin Səhiyyə Nazirliyi əlavə etdi: Bu fələstinli gəncin şəhid olması ilə 30 mart 2018-ci ildən bəri "Qayıdış Haqqı" yürüşlərində şəhid olanların sayı 270 nəfərə çatdı.

İndiyə kimi Qayıdış  Haqqı yürüşlərində 193 yeniyetmə, 3 təcili yardım işçisi və 2 jurnalist şəhid olub. Sionist rejim şəhidlərdən 11-nin cəsədini hələ də girov saxlayıb.

Fələstinlilər 30 mart 2018-ci il tarixindən başlayaraq, Qəzzənin mühasirəsini yarmaq və işğalçılığa son qoymaq məqsədilə "Qayıdış Haqqı" yürüşlərinə başlayıblar.

Teqlər