İraqın sülhü və səbatı İranın köməklərinin nəticəsidir
"Təhlükəsizlik həm İran, həm də İraq üçün önəmlidir" deyən İran prezidenti bildirib ki, iki ölkə arasındakı əməkdaşlıq daha da güclənəcəkdir.
Höccətulislam vəlmuslimin Həsən Ruhani bu gün İraqın baş naziri Adil Əbdulməhdi ilə birgə mətbuat konfransında deyib: Bizim gələcək proqramımız, iki ölkə arasında iyirmi milyard dollarlıq ticarət həcmidir və ümid edirik ki, qarşıdakı aylar və illərdə tez bir zamanda bu nöqtəyə çatacağıq.
İraqın baş naziri Adil Əbdulməhdi İran prezidenti ilə birgə mətbuat konfransında əlavə edib: İqtisadi, təhlükəsizlik, ticarət, dəmiryolu, neft və sair sahələrdə həmkarlıqlar barədə İran prezidenti ilə eyni fikirdəyik və bu qənaətdəyik ki, bu addımlar bizi daha yaxşı və daha parlaq gələcəyə doğru istiqamətləndirəcək və nəinki iki ölkə üçün, həm də dünya ölkələri üçün yaxşı bir nailiyyət olacaqdır.
İraqın baş naziri əlavə edib: Biz keçmişdə demişik və indi də vurğulayırıq ki, yaxşı və çətin günlərdə İran xalqının kənarındayıq.
O, terrorizmlə mübarizədə İranın İraqa olan yardımlarına işarə edərək, deyib: İran bizə kömək etdi ki, biz terrorizmlə mübarizədə bir çox uğurlar əldə edək, belə ki, bu gün İraqda geniş şəkildə sülh və sabitliyin şahidiyik.