Dəməşq BMT TŞ-ni öz məsuliyyətini yerinə yetirməyə çağırıb
Suriya Xarici İşlər Nazirliyi bəzi Qərb ölkələri və Amerikanın dəstəklərinə malik olan bu ölkənin şimal-şərqindəki kürd yarımhərbçilərinin cinayətkarcasına hərəkətləri ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının öz vəzifəsini yerinə yetirməsini istəyib.
ABŞ koalisiyasının qırıcıları bu il mayın doqquzunda Suriyanın Diyrəzzur məntəqəsi ətrafında faciəli qırğın törətdilər ki, nəticədə bir ailənin üzvü olan yeddi mülki həyatını itirdi.
Suriya Xarici İşlər Nazirliyinin BMT-nin baş katibi Atonio Quterreşə və bu təşkilatın təhlükəsizlik şurasının dövri sədrinə ünvanlanmış məktublarında deyilir: Kürd yarımhərbçilərinin bəzi Qərb ölkələri və Amerikanın dəstəkləri ilə Suriyanın şimal-şərqinə hücumları cinayətkarcasına bir hərəkət idi və BMT Təhlükəsizlik Şurasının tədbirləri ilə dayandırılması zərurət daşıyır.
Suriya Xarici İşlər Nazirliyi bu məktublarda bütün ölkə boyu Suriya vətəndaşlarını müdafiə üçün özünün beynəlxalq qanunlara əsaslanan haqqını vurğulayıb.
Suriya Xarici İşlər Nazirliyi BMT-nin Təhlükəsizlik Şurasından bu şuranın qətnamələrinə hörmətlə yanaşmaları üçün bəzi Qərb ölkələri və Amerikanı məcbur və öz vəzifəsinə əməl etməsini istəyibdir.