Sionistlər qərb sahilnə basqın ediblər; onlarla fələstinli yaralanıb
Sionist rejim hərbçiləri fələstinlilərin İordan çayının qərb sahilində keçirdikləri aksiyanı yatırıblar.
Sionist rejim hərbçiləri dünən qərb sahilinin şimalında yerləşən "Kəfər Qəddum" kəndində keçirilən aksiyada iştirak edən fələstinlilərə basqın ediblər. Nəticədə azı qırx fələstinli yaralanıb.
Fələstin xalq müqavimət komitələrinin koordinatoru Murad Əştivinin sözlərinə görə, sionist hərbçilər fələstinli aksiyçılara qarşı gözyaşardıcı qaz və tüstülənən qumbaralardan istifadə ediblər.
Bir neçə gün bundan qabaq da "Kəfər Qəddum" kəndinin sakini olan bir fələstinli uşaq sionist hərbçilərin birbaşa atəşi ilə yaralanmışdı.
Sionist rejim sionistsakinli qəsəbələr salmaq və bu qəsəbələri genişləndirməklə fələstinli məntəqələrin coğrafi quruluşunu sionistlərin xeyrinə dəyişdirmək niyyətindədir ki, fələstinli məntəqələrdəki işğalçılığını təsbit etmiş olsun.
Mövcud statistikalara görə, işğal olunmuş Qüdsdə və qərb sahilindəki 164 qəsəbədə təqribən 650 min sionist məskunlaşıbdır.