Əlbəğdadinin müavini həbs olunub
İraqın təhlükəsizlik qüvvələri İŞİD terror qrupunun məhv edilmiş başçısı Əbubəkr Əlbəğdadinin müavinini bu ölkənin şimalında həbs ediblər.
İraq ordusunun baş qərargahının informasiya mərkəzi bildirib ki, Əbubəkr Əlbəğdadinin müavini Əbu-Xəldun dünən İraqın şimalında yerləşən Kərkük vilayətinin Əlhuvəycə bölgəsinin təhlükəsizlik və polis qüvvələri tərəfindən bir mənzildə həbs olunubdur.
Bundan öncə İraqın Səlahəddin vilayətində terrorçuların komandanı kimi fəaliyyət göstərən bu cinayətkar "Şəəlan Ubəyd" kimi saxta adla Kərkük vilayətində gizlənmişdi.
Əbubəkr Əlbəğdadinin başçılıq etdiyi İŞİD terror qrupu son illərdə ABŞ, ərəbistan və sionist rejimin maliyyə və hərbi dəstəklərilə İraq və Suriyanın böyük bir hissəsini işğal edərək, saysız-hesabsız cinayətlər törətmişdi.