Dek 10, 2019 08:31 Asia/Baku
  • İraqın 9 hazırkı və sabiq nazirinin həbs olunmasına göstəriş verilib
    İraqın 9 hazırkı və sabiq nazirinin həbs olunmasına göstəriş verilib

İraqda “Əlnəzahə” komissiyası bir açıqlamada noyabr ayında 9 nazir, 12 məclis üzvü və 11 valinin həbs olunması haqda hökmün verilməsindən xəbər verib.

Şəffaflıq komissiyası mənasını verən “Əlnəzahə” komissiyasının təhqiqat idarəsi öz açıqlamasında əlavə edib: Bu doqquz nazirin ikisi-hazırkı, beşi- sabiq, ikisi də keçmş nazirlərdəndir.

Açıqlamada həmçinin bir hazırkı vali, 118 hazırkı icra hakimiyyəti şurasının üzvü, həmçinin 32 baş müdir, o cümlədən sünni əhlinin vəqflər ofisi, eləcə də sənaye, səhiyyə, təhsil, elektrik və neft nazirliyinin 19 hazırkı müdirinin məsuiyyətə cəlb və həbs olunması haqda hökmün verilməsinə işarə edilibdir.

Təhqiqat idarəsi vurğulayıb: Verilmiş hökmlərin sayı 256 hala çatır ki, bu miqdardan 221 hökm məsuliyyətə cəlbetmə hökmü, yerdə qalan hökmlər isə həsb olunmağa aid olur ki, bu hökmlərin 51 halı icra edilib. 68 müttəhim də əlaqədar məhkəmələrə göndərilibdir.

İraqda etirazlar korrupsiya ilə mübarizə, iqtisadi islahatların aparılması və ictimai xidmətlərin genişləndirilməsi tələbləri ilə oktyabrın birində başlandı, amma get-gedə siyasi tələblər də ona əlavə olundu. Belə ki, bir qrup etirazçı bu ölkənin əsas qanunu və seçki məcəlləsinin islah edilməsini tələb etdi.

 

 

Teqlər