İordan çayının qərb sahilində iki fələstinli yaralanıb
İordan çayının qərb sahilində yerləşən Əl-Birə şəhərində sionist rejim hərbçilərinin hücumu nəticəsində iki fələstinli yaralanıb.
İRİB-nın bildirdiyinə görə, çərşənbə günü sionist rejim hərbçiləri Əl-Birə şəhərinin Əl-Sənaiyyə məntəqəsinə hücum edərək, iki fələstinli gənc ilə toqquşublar, nəticədə iki gənc rezin güllələr ilə bədən xəsarəti alıb.
Sionist rejim hərbçiləri, həmçinin Qüds şəhərinin Mərağe məhəlləsində yaşayan Ahməd Dənanın mənzilinə basqın edərək onun yeddi yaşinda oğlunu aparmağa çalışıblar ancaq məhəllə sakinləri onlara mane olublar.
Eyni zamanda, İsrailin məxfi kəşfiyyat orqanı Mossad Qüdsün valisi Ədnan Qeysi altı ay müddətinə şəhərdə hər hansı bir fəaliyyətdən məhrum edib.
İsrailin daxili təhlükəsizlik naziri Gilad Erdanın çıxardığı bu hökmə əsasən Qüds valisinin şəhərdə fələstinlilərə yardım toplamaq yaxud istənilən iclasda iştirak etmək hüququ yoxdur.
Sionist rejim son aylarda bir neçə dəfə Qüds valisini həbs edərək dindirib.