Dek 22, 2019 11:48 Asia/Baku
  • Dünyanın 100-dən çox ölkəsində sionist rejimin məsul şəxslərinin həbs olunmaları ehtimalı var
    Dünyanın 100-dən çox ölkəsində sionist rejimin məsul şəxslərinin həbs olunmaları ehtimalı var

Qüdsü işğal etmiş rejimin mediaları işğalçıların hərbi cinayətləri haqda beynəlxalq cinayət təhqiqatının başlanacağıa təqdirdə, dünyanın 100-dən çox ölkəsində sionist rejimin məsul şəxslərinin həbs olunmaları ehtimalından xəbər veriblər.

Sionist rejim radiosu bildirib ki, Beynəlxalq Cinayət Məhkəməsinin bu rejimin məsul şəxslərinə qarşı ittihamlar barədə təhqiqata başlayacağı halda, sionist rejimin dünyanın 100-dən çox ölkəsində olan hazırkı və keçmiş siyasi və hərbi məsul şəxsləri həbsolunma təhlükəsi qarşısında duracaqlar.

Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Fato Bensuda cümə günü belə dedi: Tezliklə Fələstin ərazilərində öz təhqiqatımıza başlayacaq və sionist rejimin Qəzzə, qərb sahili və Qüdsdəki hərbi cinayətlər törətməsi ittihamına baxacağıq.

Belə bir halda, sionsit rejimin baş naziri Benyamin Netanyahu Beynəlxalq Cinayət Məhkəməsinin baş prokurorunun bu qərarına reaksiyada, cümə gününü, həqiqət və ədalət tarixində “qara gün” adlandırdı. Dedi ki, bu hüquq məhkəməsi sionist rejimə qarşı bir orqana çevrilibdir.

 

 

Teqlər