Əynuləsəd bazasının radar sistemi tam şəkildə məhv edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i355645-Əynuləsəd_bazasının_radar_sistemi_tam_şəkildə_məhv_edilib
İraqda bir məsul mənbə bildirib ki, bu ölkənin Ələnbar vilayətində yerləşən Əynuləsəd amerikan bazasının radar sistemi Sepah-ın raket hücumundan sonra tam şəkildə məhv olubdur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 09, 2020 04:54 Asia/Baku
  • Əynuləsəd bazasının radar sistemi tam şəkildə məhv edilib

İraqda bir məsul mənbə bildirib ki, bu ölkənin Ələnbar vilayətində yerləşən Əynuləsəd amerikan bazasının radar sistemi Sepah-ın raket hücumundan sonra tam şəkildə məhv olubdur.

Bu hərbi mənbə söyləyib: Amerika ordusunun hava hücumundan müdafiə sistemi Sepah-ın raketlərini izləməkdə uğursuz qalan gün bu bazanın həssas nöqtələri hədəfə alındı.

Bir sionist müxbir də çərşənbə günü 224 amerikalı yaralı hərbçinin müalicə üçün Təl-Əvivə köçürülməsindən xəbər verdi.

Bu sionist jurnalist tvitter-də bildirib ki, İranın raket hücumu nəticəsində yaralanmış 224 amerikalı hərbçi Amerika təyyarəsilə Təl-Əvivə köçürülərək, xəstəxanaya yatırılıb.

Sepah dünən səhər Amerika hökumətinin general-leytenant Qasem Soleymanini terror etmək üzrə hərəkətinə cavab olaraq, onlarla raketlə bu ölkənin İraqın Ələnbar və Ərbil vilayətlərində yerləşən hərbi bazalarını hədəfə aldı.

Sepah-dakı məlumatlı bir mənbə bildirib ki, bu raket əməliyyatında azı səksən amerikalı terrorçu hərbçi öldürülüb, 200 nəfərdən çox hərbçi də yaralanıbdır.