Sionist hərbçilərin hücumunda onlarla fələstinli yaralanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i359147-sionist_hərbçilərin_hücumunda_onlarla_fələstinli_yaralanıb
Sionist hərbçilərin İordan çayının qərb sahilindəki bölgələrə basqınları nəticəsində onlarla fələstinli yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 11, 2020 10:59 Asia/Baku
  • Sionist hərbçilərin hücumunda onlarla fələstinli yaralanıb

Sionist hərbçilərin İordan çayının qərb sahilindəki bölgələrə basqınları nəticəsində onlarla fələstinli yaralanıb.

Sionist rejim hərbçilərinin qırx avtomobili bu gün səhər İordan çayının qərb sahilinin şimalında yerləşən Cəbəl Ələrmə bölgəsinə basqın ediblər.

Fələstin xalqının müqavimətilə qarşılaşan sionist hərbçilər fələsinlilərə tərəf atəş açıblar. Bu hücumlarda onlarla fələstinli yaralanıb.

Sionist rejim hərbçilərinin İordan çayının qərb sahilinə qarşı hücumlarında iki müxbir də yaralanıbdır.

Yüzlərlə fələstinli dünən gecə sionist qəsəbə sakinlərinin Cəbəl Ələrmə bölgəsinə daxil olmaq üzrə cəhdləri ilə mübarizə məqsədilə bu bölgədə piket keçirib.

Sionistlər Cəbəl Ələrmə bölgəsindəki qədim bir məntəqəni işğal etmək niyyətindədirlər.

İşğalçı sionist rejim fələstnliləri təzyiq altında qoymaq məqsədilə onların əkin sahələri və binalarını müsadirə edir ki, işğal olunmuş ərazilərdə sionis qəsəbələri genişləndirmiş olsun.

SİONİST HƏRBÇİLƏR ONLARLA FƏLƏSTİNLİNİ YARALAYIBLAR