Mart 23, 2020 12:20 Asia/Baku
  • HƏMAS Ali-Səud məhbəslərindəki fələstinli məhbusların azadlığı vacibliyini vurğulayıb
    HƏMAS Ali-Səud məhbəslərindəki fələstinli məhbusların azadlığı vacibliyini vurğulayıb

Fələstin İslami Müqavimət Hərəkatı- HƏMAS-ın siyasi bürosunun sədri Ali-Səud məhbəslərindəki fələstinli məhbusların azadlığı vacibliyini vurğulayıb.

İsmail Hənyə dünən gecə deyib: Ərəbistandakı fələstinli məhbusların azad edilmələri insani və milli bir zərurətə çevrilib. Xüsusən ona görə ki, koronavirus pandemiyası bu məhbusların həyatını təhdid edir.

Hənyə həmçinin Ərəbistanın fələstinli məhbusların işləri ilə anlaşma tərzində insani və dini cəhətlərə diqqət yetirməsini zəruri sayıb.

Digər tərəfdən, Ali-Səud məhbəslərindəki fələstinli məhbusların ailələri də öz övladlarının azadlığa buraxılmalarını tələb ediblər. Onlar vurğulayıblar ki, Ali-Səud tərəfindən onlara vurulan ittihamlar puçdur.

60-dan çox fələstinli Fələstin İslami Müqavimət Hərəkatı- HƏMAS-la əlaqədə olmaq ittihamı ilə Ərəbistanda həbsdədir.

Ərəbistan hökuməti tərəfindən elan olunan son rəsmi statistikalara görə, indiyədək bu ölkədə 511 nəfər koronavirusa yoluxub.

ALİ-SƏUD MƏHBƏSLƏRİNDƏKİ FƏLƏSTİNLİLƏRƏ AZADLIQ!

Teqlər