Yəmən HHM qüvvələri səud qırıcılarını meydandan qaçırdıblar
Yəmən silahlı qüvvələrinin sözçüsü bu ölkənin hava hücumundan müdafiə qüvvələrinin təcavüzkar səud koalisiyasının bir neçə ədəd qırıcısı ilə mübarizəsindən xəbər verib.
Briqada generalı Yəhya əl-Səri bildirib ki, Yəmənin hava hücumundan müdafiə qüvvələri bu ölkənin şimalında yerləşən Əlcuf vilayətində səud koalisiyasının bir neçə ədəd qırıcısını aşkar edib, izinə düşdükdən sonra onların bu ölkənin səmasında manevr etmələrinə mane olublar.
Əlsərinin sözlərinə görə, Yəmənin hava hücumundan müdafiə qüvvələri “Fatir-1” raketlərini ataraq, düşmən qırıcılarını bölgəni tərk etməyə məcbur ediblər.
Yəmən ordusu və xalq komitələrinin müdafiə qüdrəti bu ölkənin səud rejimi tərəfindən hərtərəfli şəkildə mühasirə edilməsinə rəğmən, diqqətəlayiq inkişafa malik olubdur.
Ərəbistan ABŞ-ın, əmirliklərin və bir neçə digər ölkənin himayəsilə 2015-ci ilin martında Yəmənə hərbi təcavüz edərək, bu ölkəni mühasirəyə alıbdır. Ərəbistan ilə müttəfiqlərinin militarizmi indiyədək on minlərlə nəfərin həyatını itirməsi və milyonlarla yəmənlinin didərgin düşməsilə nəticələnibdir.