May 13, 2020 16:50 Asia/Baku
  • Fələstinli yeniyetmə sionist hərbçilər tərəfindən şəhid edilib

Sionist rejim hərbçiləri İordan çayının qərb sahilində yerləşən Əlxəlil şəhərində 14 yaşlı fələstinli yeniyetməni şəhid ediblər.

SəhərAzəri xəbər verir, Sionist rejim hərbçiləri bu gün səhər Əlxəlil şəhərinin cənubunda yerləşən Əlfəvvar düşərgəsinə hücum edərək, fələstinli bir yeniyetməni şəhid edib, bir neçə fələstinli gənci isə yaralayıblar.

İşğalçı sionist hərbçilər dünən gecə də qərb sahilində yerləşən Cenin şəhərinə hücum ediblər. Bu hücumda bir neçə fələstinli yaralanıbdır.

Belə bir halda, xəstəlik və tibbi nəzarətin olmaması nəticəsində sionist rejim məhbəslərindən birində şəhid olmuş əsir Nur Cabir Əlbərğusinin cənazəsi onlarla fələstinlinin iştirakı ilə müşayiət olunubdur.

FƏLƏSTİNLİ YENİYETMƏ SİONİST HƏRBÇİLƏR TƏRƏFİNDƏN ŞƏHİD EDİLİB

Teqlər