Türkiyədə koronavirusdan ölənlərin sayı 4 mini ötüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i361775-türkiyədə_koronavirusdan_ölənlərin_sayı_4_mini_ötüb
Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 55 nəfər ölüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 14, 2020 16:47 Asia/Baku
  • Türkiyədə koronavirusdan ölənlərin sayı 4 mini ötüb

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 55 nəfər ölüb.

SaharAzeri-nin APA-ya istinadən verdiyi məlumata görə, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb. 

Nazir qeyd edib ki, son 24 saatda 34821 şübhəli koronavirus testindən keçib, onlardan 1635-nin cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 4007 nəfər ölüb, 144 749 nəfər bu infeksiyaya yoluxub, 104 030 nəfəri isə müalicə olunub. Bu gün 2315 xəstə evə buraxılıb.