İyun 13, 2020 09:05 Asia/Baku
  • Səud koalisiyasının 1900 günlük anti-Yəmən savaşında 43 mindən çox ölü və yaralı

Bir insan haqları mərkəzi səud koalisiyasının Yəmənə qarşı 1900 gün ardıcıl təcavüz və hücumlarında 43 mindən çox yəmənlinin öldürülməsindən xəbər verib.

SaharAzeri xəbər verir, “Əynulinsaniyyə” adlı insan haqları mərkəzi bir məlumat yayaraq bildirib ki, səud koalisiyasının 2015-ci il martın 26-da Yəmənə qarşı təcavüzünün başlanmasından bəri 16 min 672 mülki həyatını itiribdir ki, onlardan 3 min 742 nəfər uşaq və iki min 364 nəfər qadın olubdur.

Bu mərkəz həmin müddət ərzində yaralıların sayını da 26 min 79 nəfər elan edibdir ki, onlardan üç min 992 nəfər uşaq, 2 min 742 nəfər isə qadındır.

BMT-nin mühacirlərin məsələləri üzrə ofisi də dünən bildiribdir ki, 2020-ci ilin yanvarından bəri Yəmənin müxtəlif bölgələrində 94 min nəfərdən çox didərgin düşərək, öz yaşayış məkanını tərk etməyə məcbur olubdur.

Ərəbistan ABŞ-ın, BƏƏ-nin və bir neçə digər ölkənin himayəsilə 2015-ci ilin martında Yəmənə hərbi təcavüz edərək, bu ölkəni hava, quru və dənizdən mühasirəyə aldı.

 

 

Teqlər