Avq 07, 2020 14:05 Asia/Baku
  • Ciddə dəmiryolu stansiyasında yanğın

İnformasiya mənbələri bildiriblər ki, Ərəbistanın Ciddə şəhərindəki ekspress qatarlar üzrə dəmiryolu stansiyasında yanğın baş verib.

SəhərAzəri xəbər verir, Qətərin Əlcəzirə telekanalı dünən gecə bu barədə təsvirlər yayaraq, bildiribdir ki, yanğın Ciddə şəhərindəki Hərəmeyn dəmiryolu stansiyasında baş veribdir.

Ərəbistan vətəndaş müdafiəsi baş idarəsi yanğının baş verməsini təsdiq edərək, öz tvitter səhifəsində yazıbdır ki, yanğın idarə ofisləri kimi istifadə olunan kanekslərin bir qrupunda baş veribdir. Həmin kanekslər Ciddə şəhərinin Suleymaniyyə məhəlləsində, dəmiryolu stansiyasının ərazisində yerləşibdir. Yanğın söndürülübdür. Ərəbistan hadisənin başvermə səbəbinə işarə etmədən iddia edibdir ki, bu hadisədə bədən xəsarəti alan olmayıbdır.

Teqlər