Bəhreyn kralı BƏƏ - İsrail anlaşmasını alqışladı
Bəhreyn kralı BƏƏ - İsrail anlaşmasını alqışladı
Həməd bin İsa Ali-Xəlifə Əbu-Dəbi vəliəhdi ilə telefon danışığında Birləşmiş Ərəb Əmirlikləri ilə sionist İsrail rejimi arasındakı anlaşmanı "tarixi hadisə" adlandırdı.
Səhər Azəri bildirir ki, Bəhreyn kralı Həməd bin İsa Ali Xəlifə dünən Əbu-Dəbi vəliəhdi Məhəmməd bin Zaid ilə telefon danışığında Əmirliklərin sionist İsrail rejimi ilə sülh anlaşmasını "tarixi hadisə" adlandırıb və alqışlayıb.
Bəhreyn kralı bu addımın regionda sülh və sabitliyin möhkəmlənməsinə kömək edəcəyini iddia edib.
Həməd bin İsa Ali-Xəlifə BƏƏ, ABŞ və İsrail arasındakı anlaşmanın regionda sülh və sabitliyin bərqərarı üzrə səylərin möhkəmlənməsinə səbəb olmaqla yanaşı, region ölkələrinin inkişafına və çiçəklənməsinə də səbəb olacağını deyib.
Əbu-Dəbi vəliəhdi Məhəmməd bin Zaid də sionist İsrail rejimi ilə sülh anlaşmasını dəstəklədiyi üçün Bəhreyn kralına təşəkkür edib.