Suriyada baş verən partlayışda bir general və iki rus əsgəri həlak olub
Avq 18, 2020 21:48 Asia/Baku
Rusiya Müdafiə Nazirliyi Suriyada baş verən partlayışda bir rus generalın öldüyünü və daha iki əsgərin yaralandığını bildirib.
SəhərAzəri xəbər verir, Rusiya Müdafiə Nazirliyi açıqlama verərək bildirib: “İki avtomobildə yerləşdirilmiş bombaların partlaması nəticəsində bir general və iki rus əsgəri ölüb.
Bomba partlayişi Deyr əz-Zur şəhərindən 15 kilometr fasilədə baş verib. Məlumata görə hadisə Rus karvanının humanitar əməliyyatdan qayıtdığı zaman baş verib.
Rusiya Müdafiə Nazirliyi həmçinin bildirib: “Partlayışda üç rus əsgəri yaralanıb, Tibb işçilərinin yaralıları təxliyəsi zamanı general rütbəsindəki rus hərbi müşaviri ağır xəsarətlər nəticəsində həyatını itirib.