Dəməşdqdə qaz boru kəmərində partlayış \ Suriyada elektrik enerjisinin verilməsi dayandı
Dəməşdqdə qaz boru kəmərində partlayış \ Suriyada elektrik enerjisinin verilməsi dayandı
Avq 24, 2020 10:29 Asia/Baku
Suriyanın Dəməşq vilayətində qaz boru kəmərində terror aktı nəticəsində partlayış baş verib.
Səhər Azəri bildirir ki, bu barədə Suriyanın neft və mineral sərvətlər naziri Əli Qanim məlumat verib.
Əli Qanimi verdiyi açıqlamada baş vermiş hadisənin ölkə ərazisində elektrik enerjinin kəsilməsinə səbəb olduğunu da qeyd edib:
"Vəziyyəti qiymətləndirdikdən sonra Adra və Dumeyr rayonları arasındakı qaz kəmərində partlayışa terror aktının səbəb olduğu müəyyən edilib".
Suriyanın elektrik enerjisi naziri Məhəmməd Zəhir Xərbutlu da bu xəbəri təsdiq edərək, partlayışın güclü yanğına səbəb olduğunu bildirib.