Sen 20, 2020 15:20 Asia/Baku
  • Şəhid İmad Muğniyəni terror edən şəxsin kimliyi ifşa edildi

Şəhid İmad Muğniyəni terror edilməsində istifadə edilən bomba Mossadın keçmiş rəis müavini Noam Erez tərəfindən hazırlanıbmış.

Səhər Azəri bildirir ki, Livan Hizbullahının komandanı İmad Muğniyənin Suriyada terror edilməsindən 12 il sonra, bu terror əməliyyatında istifadə edilən partlayıcı qurğunu hazırlayan şəxsin kimliyi ifşa edilib. 

Əl-Məyadin informasiya kanalı İsrail rejiminin məxfi informasiyalarını ifşa etməklə məşğul olan "Tikun Olam" bloquna istinadla İmad Muğniyənin terror edilməsində istifadə edilən bombanın İsrailin casusluq təşkilatı Mossadın keçmiş rəis müavini Noam Erez tərəfindən hazırlandığını bildirib. 

Tikun Olam İmad Muğniyənin terror əməliyyatının ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) ilə Mossad tərəfindən birgə şəkildə həyata keçirildiyini də qeyd edib. 

Tikun Olam daha sonra Yusi Milmenin əsəri olan "Misilsiz Casuslar" kitabına istinadla bildirir ki, Mossad şəhid İmad Muğniyənin yerini öyrənmək və daha sonra onu izləmək üçün bağlantı yaradıb. ABŞ isə partlayışın dinc əhaliyə zərər verməməsi və məktəblilərin gediş-gəliş saatına təsadüf etməməsi şərti ilə terror aktı ilə razılaşıb. Bunun ardınca Mossad partlayıcılar üzrə mütəxəssislərindən birinə ətrafdakı insanlara zərər verməyəcək və sadəcə müəyyən edilmiş hədəfi vura biləcək bir bomba hazırlamasına dair tapşırıq verir. 

"Misilsiz Casuslar" kitabında bombanı hazırlayan mütəxəssisin adı tam formada qeyd olunsa da, İsrailin hərbi senzura komitəsi adın kitabdan çıxarılması və şərti olaraq "N" adından istifadənin edilməsinə icazə verir. 

Tikon Olam bu şəxsin Noam Erezdən başqası olmadığını yazır. Noam Erez o zaman Mossad şefi olan Tamir Pardonun müavini idi. 

"Tikon Olam" bloqunun mərkəzi ofisi Birləşmiş Ştatlarda, Siateldə yerləşir. Bu bloq zaman-zaman İsrailin məxfi məlumatlarını ifşa etməklə məşğuldur. 

Digər tərəfdən belə bir önəmli informasiyanın İsrailin hərbi və təhlükəsizlik orqanlarından kənara sızması ciddi suallara yol açıb. 

İmad Muğniyə 2008-ci ilin fevralında Suriyanın paytaxtı Dəməşqdə terror edilib. 

Teqlər