İŞİD İraqda yenidən aktivləşib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i370054-İŞİd_İraqda_yenidən_aktivləşib
İŞİD terror təşkilatı İraqda yenidən aktivləşib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 26, 2020 17:35 Asia/Baku
  • İŞİD İraqda yenidən aktivləşib

İŞİD terror təşkilatı İraqda yenidən aktivləşib.

 SəhərAzəri “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İraqın xarici İşlər naziri Fuad Hüseyn deyib.

“Çox təəssüf ki, İŞİD terror təşkilatı mövcuddur. İŞİD ötən aylarla müqayisədə daha da aktivləşib. Terrorçuların Ənbar, Kərkük və Diyalə vilayətlərinin müəyyən bölgələrində və Neynəva əyalətinin bəzi rayonlarında yerləşdiyinə dair məlumatlarımız var. İŞİD-in həbsdə müxtəlif millətlərdən olan üzvləri var”, - deyə nazir vurğulayıb.