Dek 26, 2020 08:06 Asia/Baku
  • Əl-Həşduş Şəbi “Kərbəlaya açılan qapı” bölgəsində İŞİD-in hücumunu dəf etdi

İraqın Əl-Həşduş Şəbi təşkilatı "Kərbəlaya açılan qapı" olaraq tanınan Babil vilayətinin Cürf Ən-Nəsr bölgəsinə İŞİD terrorçularının sızma əməliyyatını dəf edib.

SəhərAzəri xəbər verir ki, Əl-Həşduş Şəbinin Əl-Cəzirə Əməliyyat Komandanlığının 47-ci briqadası İŞİD ünsürlərinin Babil əyalətinin şimalındakı Cürf Ən-Nəsr bölgəsinə sıza bilmədiklərini açıqlayıb.
Əl-Həşduş Şəbi mənbələri, 47-ci Əl-Həşduş Şəbi briqadasının bir bölməsinin azad edilən Cürf Ən-Nəsr bölgələrinə girməyə çalışan Cürf Ən-Nəsr bölgəsindəki İŞİD terror qruplaşmasının qalıqlarından ibarət terror dəstəsi ilə münaqişəyə girdiyini bildirib.
Mənbələrin bildirdiyinə görə, qarşıdurma 47-ci Əl-Həşduş Şəbi briqadasının döyüşçülərindən biri şəhid olub.
Əl-Həşduş Şəbi qüvvələri bu yaxınlarda İŞİD terror qruplaşmasının Cürf Ən-Nəsr bölgəsinə sızmaq üçün həyata keçirdiyi bir neçə əməliyyatın da qarşısını almışdı.
Babil vilayətinin şimalında və Bağdadın cənubunda İŞİD-dən azad edilmədən əvvəl “Cürf Əs-Səxr” adlandırılan Cürf Ən-Nəsr Kərbəlaya getmək üçün strateji şəhərdir və dolayısı ilə “Kərbəla Qapısı” adlandırılır.
“Cürf Əs-Səxr” 2014-cü ilin oktyabrında şəhid general Qasım Süleymaninin komandanlığı altında Aşura adlı əməliyyatla azad edilmişdi.
Cürf Ən-Nəsr İraq hökuməti və təhlükəsizlik aparatı üçün, xüsusən də İmam Hüseynin (ə) yas mərasimi zamanı yüz minlərlə zəvvarın cənub əyalətlərinə, xüsusən Kərbəlaya səyahət etdiyi məhərrəm və səfər aylarında strateji əhəmiyyət daşıyır.
Bu arada, İraqın kəşfiyyat xidməti İŞİD qruplaşmasının 13 üzvünü həbs edərək, Ənbar vilayətində atılmağa hazır olan 46 raketin ələ keçirməyə nail olub.
Terrorçular Əl-Qaim, Ər-Ramadi və Əl-Fəllucə bölgələrində həbs ediliblər və İraq Təhlükəsizlik və Kəşfiyyat İdarəsinin verdiyi məlumata görə, Ənbar vilayətinin sakinləri arasında iğtişaş yaratmaq niyyətində idilər.

Teqlər