Yan 23, 2021 14:17 Asia/Baku
  • Rəsmi Dəməşq:

Suriyanın Xarici İşlər Nazirliyi sionist rejimin bu ölkə ərazisinə hücumlarını Suriyanın suverenliyi və hava məkanının açıq şəkildə pozulması, həmçinin beynəlxalq qanunların və insan haqları qanunlarının tapdalanması kimi dəyərləndirib.

SəhərAzəri Suriyanın rəsmi xəbər agentliyi SANA-nın məlumatına görə, Suriyanın Xarici İşlər Nazirliyi cümə günü BMT-nin baş katibi və BMT Təhlükəsizlik Şurasının sədrinə ayrı-ayrı məktublar göndərərək, Suriya vətəndaşlarının ölümü və yaralanması ilə nəticələnən sionist rejimin bu ölkəyə hücumlarını qınayıb və beynəlxalq ictimaiyyəti, BMT və Təhlükəsizlik Şurasını vəzifə və məsuliyyətlərini yerinə yetirməyə çağırıb.

Dəməşq vurğulayıb: Bu hücumlar nəinki Suriyanın suverenliyinin açıq şəkildə pozulmasıdır, həm ictimai, həm də humanitar sahədə insan haqlarının və beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır, hansı ki, günahsız mülki insanları hədəf alır və onları təhlükəsiz və sakit həyatdan məhrum edir.

Suriya Xarici İşlər Nazirliyi, İsrail rejiminin bu ölkəyə hücumlarının artdığına toxunaraq, bu hücumlar nəticəsində çox sayda mülki şəxsin həlak olduğunu və əmlaklarının dağıldığını bildirib.

Suriya Xarici İşlər Nazirliyi, sionist rejimin hücumlarını, həmçinin beynəlxalq cəmiyyətdə bir çox insan haqları iddiaçılarının bu hücumlar qarşısında mənalı susqunluğunu qınayıb və deyib: "Bu məsələ işğalçı İsrail rejimini Suriyaya hücumlarını davam etdirməyə təşviq edir".

Suriya Xarici İşlər Nazirliyi, sionist rejimin cümə günü 22 yanvarda Həma şəhərinin ətrafına hücum etdiyini, nəticədə səkkiz mülki şəxsin öldüyü və yaraladığını, bir çox evin isə dağıldığını bildirib.

Teqlər