Mart 03, 2021 14:53 Asia/Baku
  • ABŞ-ın Eynül-Əsəddəki qeyri-qanuni bazasına raket zərbələri endirilib

İraqlı mənbələr ABŞ-ın Eynül-Əsəddəki qeyri-qanuni bazasının raket hücumuna məruz qaldığını bildiriblər.

SəhərAzəri xəbər verir ki,  "ŞəfəqNyuz" xəbər portalının təhlükəsizlik rəsmisinə məlumatına görə, İraqın qərbində ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin yerləşdiyi hərbi bazaya bir neçə katyuşa raketi atılıb.

"SaberinNyuz"un məlumatına görə, ABŞ qüvvələri Eynül-Əsəd bazasında yerləşdikləri hərbi hissələri bağlayıblar və öz hərbçilərini gözətçi qülləsindən çıxarıblar.

ABŞ koalisiyasının mətbuat katibi Vayne Marotto hərbi bazaya 10 raket düşdüyünü bildirib.

O, İraq qüvvələrinin hücumu araşdırdığını və ətraflı məlumat verildikdən sonra təfərrüatları açıqlayacağını söyləyib.

İraqın Təhlükəsizlik qüvvələrinin informasiya mərkəzi bir bəyanatda, Eynül-Əsəsd aviabazasına 10 qrad raketinin düşdüyünü, lakin ciddi ziyana səbəb olmadığını bildirib.

Həmçinin başqa bir məlumata əsasən, bu gün ABŞ hərbçilərinə məxsus logistik karvanı İraqın cənubunda yerləşən Müsənna vilayətinin Əl-Səmavə şəhərində hədəfə alınıb.

İşğalçı ABŞ qüvvələri 2003-cü ildən bəri İraqda yerləşiblər, İraq xalqı və qrupları dəfələrlə onların ölkələrindən çıxarılmasını tələb ediblər, İraq parlamenti də bu qüvvələrin ölkədən çıxarılması ilə bağlı qərar qəbul edib.

Teqlər