Apr 12, 2021 18:11 Asia/Baku
  • Yəmən ordusun 17 PUA və ballistik raketlərlə Səudiyyə rejiminə qarşı əməliyyat keçirdi

Yəmən Silahlı Qüvvələrinin sözçüsü general-mayor Yəhya Sərii 17 PUA və iki ballistik raketlə Səudiyyə rejiminin ərazilərinin dərinliklərində genişmiqyaslı əməliyyatı keçirildiyini elan edib.

SəhərAzəri Dəyərlər.org-a istinadən xəbər verir ki, general-mayor Yəhya Sərii mətbuata verdiyi açıqlamaında bunları deyib: “Səudiyyə ərazilərinin dərinliklərindəki 30 şəban əməliyyatı təcavüzün artmasına və Yəmənə qarşı amansız blokadaya cavab olaraq 17 PUA və iki ballistik raketlə həyata keçirildi. Bu əməliyyatda 10 “Səməd 3” PUA-sı ilə Ciddə və Əl-Cübaildə Aramco neftayırma zavodları hədəfə alındı”.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü Xamis Muşait və Cizan şəhərlərindəki kritik hərbi bazaların da 5 ədəd Qasif 2K pilotsuz təyyarəsi və 2 Badr 1 ballistik raketi ilə hədəfə alındığını söyləyib: “30 şəban əməliyyatı dünən axşam başlayıb və bu gün səhərədək qədər davam etdi və Allahın köməyi ilə arzu olunan hədəflərə uğurla nail olundu. Ölkəmizə qarşı təcavüz və mühasirənin davam etdiyi müddətdə əməliyyatlarımızın davam edəcəyini vurğulayırıq”.

Qeyd edək ki, Səudiyyə rejiminin mediası bazar günü axşam Yəmən ordusunun Cizanı hədəfə almaq üçün istifadə etdiyi bir ballistik raket və silahlı bir PUA-nı vuraraq məhv etdiyini açıqlamışdı.

Raket və PUA hücumlarından qorxan Səudiyyə rejiminin koalisiyası, Yəmənə qarşı hücumlarda iştirak edən hücum təyyarələrini mülki obyektlərinə yerləşdirib.

Xamis Muşaitdəki Kral Xalid Hava Bazasının yanında yerləşən Əbha Hava Limanı, koalisiyanın Yəmənə qarşı hava hücumlarının əksəriyyətinin bu iki yerdən həyata keçirildiyi hava limanlarından biridir.

Teqlər