Apr 12, 2021 22:53 Asia/Baku
  • Şeyx Nəim Qasım: “İranın qələbəsi bizim qələbəmizdir”

Livanın Hizbullah hərəkatı baş katibinin müavini Şeyx Nəim Qasım Livan kabinetinin formalaşmamasında daxili amilin və xarici siyasi planların roluna toxunaraq, İranın əldə etdiyi hər qələbənin müqavimət oxunun qələbəsi olduğunu vurğulayıb.

SəhərAzəri Farsnews-a istinadən xəbər verir ki, Şeyx Nəim Qasım daxili faktorun 90%-nin Livan kabinetinin formalaşmamasına səbəb olduğunu vurğulayıb.

 Əl-Əhd xəbər saytının verdiyi məlumata görə, Şeyx Nəim Qasım belə deyib: “Güzəşt olmazsa, kabinet qurmaq çətin olacaq və Hizbullah da kabinet qurmağa çalışan tərəflərdən biridir.

 O, Hizbullahın tərəflərin fikirlərini bir-birinə yaxınlaşdırmaq və onları güzəştlərin yaxşı olduğuna inandırmaq səylərinə toxunaraq, kabinetin formalaşması üçün vaxtın partiyaların əməkdaşlığından və bəzi şərtlərin yüngülləşdirilməsindən asılı olduğunu söyləyib.

 Hizbullah rəsmisi Livan tərəfləri arasında daha çox çevikliyin vacib olduğunu qeyd edərək, belə davam edib: “Heç kimə heç bir şərt qoymuruq, amma səylər davam etməli və məyus olmayacağıq”.

 Qasım xarici partiyaların və müttəfiq ünsürlərin Livanın dağılmasında mühüm rol oynadığını vurğulayaraq, bunları qeyd edib: “Buna baxmayaraq, Livan partiyaları kabinetin formalaşmasında əsas günahkarlardır”.

 

O, ABŞ-ın Livanın çökməsindəki mühüm rolunu tənqid edərək, maliyyə cinayəti auditi haqqında bunları deyib: “Bu məsələ kabinet məsələsindən ayrıdır və bu yoxlama davam etməlidir”.

 İdxal olunan siyasi planların Hizbullahın silahı yox, Livandakı bugünkü böhranın səbəbi olduğunu vurğulayan Hizbullah baş katibinin müavini, regional məsələlərə də toxunaraq, belə danışıb: “İranın qəti və haqlı bir layihəsi var və bu səbəblə qalib gəlir.

 ABŞ nüvə müqaviləsi ləğv edilsə vəziyyətin müttəfiqlərinin lehinə dəyişəcəyini düşünürdü, lakin indi müqaviləyə qayıtmanın İranın şərqə istiqamətini azalda biləcəyi qənaətinə gəldi.

 Nüvə razılaşmasının qüvvəyə minməsi çox güman ki, iki ay çəkəcək... Amerikalılar bir razılaşmanın mövcudluğunun heç bir razılaşmanın olmamasından daha yaxşı olduğuna inanırlar ... ancaq İran ABŞ-ı bu razılaşmaya qaytarmaqda müvəffəq olarsa, böyük bir qələbə qazanacaq və İran üçün istənilən qələbə müqavimətin bir qələbəsidir”.

 

Teqlər