Hizbullah: “Qüds xalqı sionist rejimin Fələstin torpağında yeri olmadığını göstərdi”
https://azeri.sahartv.ir/news/qərbi_asia-i376320-hizbullah_qüds_xalqı_sionist_rejimin_fələstin_torpağında_yeri_olmadığını_göstərdi
Livanın Hizbullah hərəkatı fələstinlilərin işğal altındakı Qüdsdəki sionistlərin hücumuna qəhrəmanlıqla cavab verməsini təqdir edərək, onlara dəstək verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 26, 2021 12:04 Asia/Baku
  • Hizbullah: “Qüds xalqı sionist rejimin Fələstin torpağında yeri olmadığını göstərdi”

Livanın Hizbullah hərəkatı fələstinlilərin işğal altındakı Qüdsdəki sionistlərin hücumuna qəhrəmanlıqla cavab verməsini təqdir edərək, onlara dəstək verib.

SəhərAzəri Parstoday -ə istinadla  xəbər verir ki, Fələstin xalqı ilə həmrəy olduqlarını vurğulayan Hizbullah hərəkatı, işğal olunmuş ərazilərin əsl sahiblərinin Fələstin xalqı olduğunu bildirərək, fələstinlilərin davamlı fədakarlıqları ilə işğalçı rejimin pak Fələstin torpaqlarında yeri olmadığını sübut etdiklərini vurğulayıb: “Hizbullah, Fələstin xalqını salamlayaraq işğal altında olan Qüds şəhərində ibadət edənləri hədəfə alan İsrail rejiminin hücumlarına qəhrəmanlıqla cavab verməklə fələstinlilərin Bab Əl-Əmud və Qüds ərazilərinə və girişlərinə olan cəsarətli mövqeyindən qürur duyur.

Hizbullah bir neçə gün əvvəl sionist rejimin polisi və məskunlaşma dəstələri tərəfindən Əl-Qüds xalqına tətbiq olunan hərbi tədbirləri və mühasirəni qətiyyətlə pisləyir, bu da nəticədə dünən və bu gün onlarla fələstinlinin yaralanmasına və tutulmasına səbəb olub.

 Hizbullah, izzətli və mübariz Fələstin milləti ilə tam həmrəyliyini elan edir, ümmətin qütbünü və həqiqi yanaşmasını göstərən Fələstin millətinin olduğuna inanır və davamlı fədakarlıqları ilə işğalçı rejimin pak Fələstin torpağında yeri olmadığını vurğulayır”.