Bennetdən Netanyahuya xəbərdarlıq: "Arxanca yanmış torpaq buraxma"
"Yamina" partiyasının sədri sionist rejimin hazırkı baş nazirinə xəbərdarlıq edib və onu bu vəzifədən əl çəkməyə və arxasınca yanmış torpaq buraxmamağa çağırıb.
SəhərAzəri-nin məlumatına əsasən, bu barədə məlumat "İsrail Tayms" portalında yer alıb.
Məlumata əsasən, yeni nazirlər kabinetinin rotasiya müqaviləsində baş nazir vəzifəsinə ilk variant olan Neftali Bennet sionist rejimin hazırkı baş naziri Benyamin Netanyahunun hakimiyyətdə qalması üçün çoxsaylı yalanlara toxunaraq, ona xitabən deyib: "İsraildə güc heç kimin inhisarında deyil, ona görə də boş yerə cəhd etməyi dayandırın".
Bennet ayrıca Knesset sədri Yariv Levini kabinetə etimad səsverməsini təxirə salmamağa çağırıb, çünki Netanyahunun bu fürsətdə "Yemina" partiyasından ayıra biləcək nümayəndələr tapmaq niyyətində olduğunu bilir.
Bundan əvvəl sionist rejimin keçmiş baş naziri Ehud Olmert, Netanyahunun məğlubiyyətdən qaçmaq üçün təhlükəsizlik vəziyyətini gərginləşdirə biləcəyi barədə xəbərdarlıq edib.
Cümə axşamı günü "Yeş Adit" partiyasının sədri Yair Lapid qondarma İsrail rejiminin başçısı Reuven Rivlinə bir məktub ünvanlayaraq, yeddi partiyanın razılığı ilə koalision hökuməti təşkil etməyə müvəffəq olduğunu bildirib.
Baş naziri rotasiya prinsipi əsasında təyin ediləcək yeni hökumətdə "Yamina" partiyasının sədri Bennet iki il müddətinə bu rejimin baş naziri olacaq, növbəti iki ildə Lapid onu əvəz edəcək.
Netanyahu hakimiyyətdə qalmaq üçün son çabalamasında Knesset üzvlərini müxalif partiyaların təklif etdiyi kabinet üzvlərinin əleyhinə səs verməyə çağırıb.