Avq 20, 2021 12:09 Asia/Baku
  • Rəsmi Beyrut BMT-ə şikayət edib

Livan hökuməti sionist İsrail rejimindən BMT-ə şikayət edib.

SəhərAzəri-nin məlumatına əsasən, bu barədə Livan hökuməti bəyanat verib.

Livanın müvəqqəti hökumətinin baş naziri Həssan Diab deyib:"Düşmən İsrailin Livanın suverenliyini davamlı  olaraq pozması BMT-nin 1701 saylı qətnaməsinə qarşı birbaşa təhdid təşkil edir. Birləşmiş Millətlər Təşkilatını və beynəlxalq ictimaiyyəti İsrailin təcavüzünü pisləməyə, Livanın suverenliyini qoruyan və BMT -nin 1701 saylı qətnaməsini qoruyan tədbirləri görməyə çağırırıq".

Öz növbəsində, müvəqqəti hökumətdə baş nazirin müavini, müdafiə naziri vəzifəsini icra edən Ziyna Aker İsrailin törətdiyi hücumları və pozuntuları pisləyib və BMT-ə çağırış edib.

Qeyd edək ki, İsrail təyyarələri ötən gecə Livan səmasından Suriyaya aviazərbələr endirib. İsrailin təyyarələri və PUA-ları həftədə bir neçə dəfə Livanın hava məkanına daxil olur. 

Teqlər