İraqda səslərin əllə sayılması sona çatıb
İraqın baş nazirinin seçki müşaviri parlament seçkilərində səslərin əllə sayılmasının sona çatdığını bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, İraqın baş nazirinin seçki müşaviri Əbdül-Hüseyn Hendavi bu gün verdiyi açıqlamada bildirib ki, əllə sayılan səslərin sayı elektron sistemdəki nəticə ilə üst-üstə düşüb.
İraqın Ali Seçki Komissiyasının informasiya komandasının üzvü Emad Cəmil də bildirib ki, bu komissiya müxtəlif seçki dairələrində əllə saymaq üçün ayrılmış seçki qutularının 95 faizini saymağa müvvəfəq olubdur.
İraqda ölkə boyu erkən parlament seçkiləri oktyabrın 10-da keçirilib və onun ilkin nəticələri oktyabrın 13-də İraqın Ali Seçki Komissiyası tərəfindən elan edilib.
İlkin nəticələr açıqlandıqdan sonra parlament seçkilərinə namizədlərin çoxu İraqın Ali Seçki Komissiyasının elan etdiyi nəticələrə etiraz edərək, nəticələrin şəffaf olmasını istəyib.