Okt 27, 2021 14:10 Asia/Baku
  • kiber hücum
    kiber hücum

İvrit dilində dərc edilən bir qəzet sionist rejimin geniş miqyaslı kiber hücuma məruz qaldığını və bu rejimin yüzlərlə hərbçisinin fərdi məlumatlarını ehtiva edən faylların ifşa olunduğunu bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Sionist "Yediot Ahronot" qəzeti bu gün bir reportajda yazıb: "Özünü "Musanın Əsası" adlandıran bir qrup sionist rejim ordusunun "Alfon" döyüş batalyonunun bütün məlumatlarını özündə əks etdirən faylı dərc edib.

Qəzetin yazdığına görə, dərc edilmiş bəzi fayllarda hərbi birləşmələrdə ehtiyatda olan hərbçilərin fərdi məlumatları, onların hərbi rütbələri, elektron poçtu, telefon nömrəsi və ev ünvanı yer alıb.

Hakerlər bu məlumatı “Darknet” və “Telegram” mühitlərində yayıblar.

Sözü gedən qrup, həmçinin ötən bazar ertəsi İsrail rejiminin Müharibə Naziri Benni Qantsın şəxsi fotolarını yayımlayıb və onu izlədiklərini bildirmişdi.

Qeyd edək ki, bir müddət əvvəl də sionist rejimin ən böyük xəstəxanalarının saytları kiber hücumlara məruz qalıb.

Teqlər